"Qəzzadan təxliyə edilən qazaxıstanlılar mənzillə təmin olunurlar" - Kayrat Ömərov

11:40 22.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan xarici işlər nazirinin birinci müavini Kayrat Ömərov Qəzza zolağından təxliyə edilmiş qazaxıstanlıların və onların ailə üzvlərinin vəziyyəti barədə danışıb.

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, Milli Məclisdə keçirilən brifinqdə Kayrat Ömərov onların Qazaxıstanda hansı statusu ala biləcəklərinə dair sualları cavablandırıb.

"Bu məsələlər işlək şəkildə həll olunacaq. Qaçqın olmaq üçün onlar müvafiq dövlət qurumuna ərizə ilə müraciət edərək statuslarının müəyyənləşdirilməsini təmin etməlidirlər. Bu gündən etibarən onlar Qəzzadan təxliyə edilib, bir çoxları qohumlarının yanında yerləşdirilir, qohumu olmayanlar isə mənzillə təmin olunurlar. Onlara tibbi yardım göstərilib və bütün bu işlərə böyük bir qrup insan cəlb olunub”, - deyə Kayrat Ömərov bildirib.

Ömərov təxliyə edilən vətəndaşların qeydiyyata alınması qaydasını da izah edib. Bildirib ki, pasportu olanlar Qazaxıstan vətəndaşları, olmayanlar isə onların ailə üzvləridir. "Onlar Əmək Nazirliyinə status almaq üçün müraciət edirlər. Başa düşürəm ki, ailə üzvləri kimi onların da müəyyən imtiyazları var”, - deyə Kayrat Ömərov əlavə edib.