"Sabah" Rimas Kurtinaytis ilə vidalaşıb

18:20 16.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabah” basketbol klubu baş məşqçisi Rimas Kurtinaytis ilə əməkdaşlığın qarşılıqlı razılıq əsasında başa çatdığını elan edib.

Hafta.az bildirir ki, bu barədə klubdan məlumat verilib.

Tərəflər qarşıdakı dövrdə məşqçinin kişilərdən ibarət basketbol üzrə Litva milli komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyini nəzərə alaraq, əməkdaşlığın başa çatdırılması barədə qarşılıqlı razılığa gəliblər.

Litvalı məşqçinin rəhbərliyi altında "Sabah" ardıcıl üç dəfə ölkə çempionu olub, Azərbaycan basketbolunu beynəlxalq arenada uğurla təmsil edib.