"Şamaxı" və "Qarabağ" qalib gəlib

19:17 16.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misli Premyer Liqasında 32-ci tur davam edir. 

Hafta.az xəbər verir ki, bu gün 2 matç keçirilib.

“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” bu qələbədən sonra Avropa Liqasına vəsiqəni təmin edib.

“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Matç Şamaxı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra üçüncülüyü rəsmiləşdirən "Turan Tovuz" növbəti mövsümdə ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququ qazanıb.

16 may

“Şamaxı” - “Turan Tovuz” -  3:2
Qollar: Arsen Ağcabəyov, 9 (1:0), Dioqo Balau, 28 (2:0), Vadji İbrahima, 65 (2:1), Alexandro Serrano, 73 (2:2), Abdulla Rzayev, 83 (3:2)

“Qarabağ” - “İmişli”- 3:0
Qollar: Kamilo Duran, 46, Marko Yankoviç, 66-pen.; Abdullah Zubir, 78