Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu baş tutub.
Hafta.az xəbər verir ki, həlledici görüşdə I Liqada 9-cu olan "Şimal" ilə II Liqada 2-ci olan "Qaradağ Lökbatan" qarşılaşıb.
Şamaxı şəhər stadionunda keçirilən görüş "Şimal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, komanda I Liqada qalmağı bacarıb.
"Qaradağ Lökbatan" isə növbəti mövsümdə yenə də II Liqada oynayacaq.