"Sputnik Azərbaycan" ləğv edilib

11:18 24.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Rossiya Segodnya"nın ("Sputnik Azərbaycan") Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Hafta.az-ın məlumatına görə, Trend bu barədə Dövlət Vergi Xidmətinin reyestrinin məlumatlarına istinadən xəbər verir.

Eyni zamanda, bu məlumatı Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiq edib.

Onun sözlərinə görə, bundan sonra "Sputnik Azərbaycan" yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.