Yazını böyüt
Yazını kiçilt
"Şuşa şəhərinin ermənilərin əsarətindən azad edilməsini böyük coşqu ilə qarşıladıq".
Bu sözləri Hafta.az-a iraqlı millət vəkili, İraq parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü Seyit Muxtar Baba deyib. Millət vəkili deyib ki, Azərbaycan ordusunun zəfərlə dolu əməliyyatlarını sevinclə izləyirlər və tarixi türk şəhəri olan Şuşanın azad edilməsi onlarda qürur hissi yaradıb.
"Qardaş Azərbaycan xalqını bu böyük zəfərlə bağlı ürəkdən təbrik edir, qələbələriniz bol və daimi olsun deyirəm", - deyib İraq parlamentinin Mosuldan seçilmiş üzvü.