"Türkiyə Ermənistanla münasibətlərini dondurduğunu dərhal bəyan etməlidir" - General Cihat Yaycı

18:30 15.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın Azərbaycana hücumu təsadüfi deyil. Çünki onların tərəfdarları əvvəlki kimi, eynidir. Bunlar ABŞ, Rusiya və Fransadır. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) çağırışı Yunanıstanın etdiyinə bənzəyir. Məsəl var, "Yavuz oğru ev sahibini basdırır". Həm hücuma keçir, həm də Rusiyanın başçılıq etdiyi KTMT-ni münaqişəyə cəlb etməyə çalışır".

Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyəədki Topqapı Universitetinin doktoru, istefada olan ordu generalı Cihat Yaycı deyib. O qeyd edir ki, ortada olan Şuşa bəyannaməsinə görə, Türkiyə və Azərbaycanın hər hansı biri hücuma məruz qalanda hər ikisi özünü hücuma məruz qalmış hesab edəcəklər və birlikdə vuruşacaqlar. "Türkiyənin burada nə edəcəyi ciddi maraq doğurur. Bəyannamə tələblərini yerinə yetirərsə, Türkiyə KTMT ilə üzləşəcəkmi? Türkiyəyə qarşı böyük oyun gedir. Unutmayaq ki, qərbdən Yunanıstan, cənubdan İraq, Suriya və PKK, şərqdən Ermənistan və İran heç də dost deyil və onların hamısı Ermənistanı dəstəkləyirlər" deyən cənab Yaycının fikrincə, bu məsələdə milli və birlik içində hərəkət etmək, Şuşa bəyannaməsinin tələblərini necə yerinə yetirəcəyimizi danışmalıyıq.

General qeyd edir ki, bu məsələdə Azərbaycan tək qalmamalı, eyni zamanda Türkiyə Yunanıstana qarşı ayıq olmalıdır. Çünki Türkiyənin susması və bunları qəbul etməsi artıq zəifləməsi demək olacaq. Türkiyə öz hüquqlarını qoruyarkən Azərbaycana dəstəyini də sürdürməlidir. 

C.Yaycı bildirir ki, Türkiyə Ermənistanla münasibətlərinin dondurulduğunu dərhal bəyan etməlidir. "Ermənistan sərhədində minaların təmizlənməsi böyük səhvdir. Harada mina təmizlədiksə, ziyana uğradıq. Suriyada təmizlədik, PKK hücuma keçdi, İran sərhədlərini təmizlədik, qeyri-qanuni miqrantlar gəldi. KTMT ölkələri və Ermənistan hətta Türkiyəyə hücum da edə bilərlər. Bu hücum türk dəhlizinin açılmasının qarşısını almaq və Türkiyənin Türk Cümhuriyyətləri ilə əlaqələrini kəsmək üçün edilir. Burada Rusiya, Avropa İttifaqı və ABŞ Türk Birliyinin yaranmasına qarşıdır. Bu hücumların Türk Birliyinin inkişafı, böyüməsi və ortaya çıxması üçün edilməsi diqqətdən qaçmamalıdır", - deyib C.Yaycı.

Siyasət rubrikasından digər xəbərlər