Yazını böyüt
Yazını kiçilt
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələri Qazaxıstan sülhü qoruma missiyasını tamamladı".

Hafta.az-ın yazdığına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib. Dövlət başçısı əlavə edib ki, KTMT qüvvələri konkret olaraq, yanvarın 13-dən etibarən Qazaxıstanı tərk etməyə başlayacaqlar. O, sülhməramlıların yanvarın 23-dək - 10 gün ərzində tamamilə ölkəni tərk edəcəklərini bildirib.
Qeyd edək ki, KTMT-nın üzvü olan Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistandan toplam 2500 əsgər prezident Kasım-Jomart Tokayevin tələbi əsasında Qazaxıstana yeridilmişdi.