"Zəfər" Amnistiyasının icrası başa çatıb

11:31 11.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsində böyük qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə ötən il noyabrın 5-də qəbul edilmiş Zəfər günü münasibətilə amnistiya aktı İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olub.

 

Hafta.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib. O bildirib ki, amnistiyanın icrası 4 ay müəyyən edilib, martın 5-də onun icrası artıq başa çatıb.