1,5 milyard dəyərində 41 Rusiya şirkəti Qazaxıstana köçüb

11:17 06.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada gedən qanlı müharibədən sonra bazar dəyəri 1,5 milyard dollardan çox olan 41 Rusiya şirkətinin fəaliyyətlərini Qazaxıstana davam etdirməyə başlayıblar.

Hafta.az-ın yazdığına görə, Qazaxıstan Milli İqtisadiyyat nazirinin müavini Bauırcan Kudaybergenov bildirib ki, fəaliyyətlərini Rusiyadan Qazaxıstana köçürənlər arasında istehsal sənayesi və İT şirkətləri var.

Ümumi bazar dəyəri 1 milyard dollar olan daha 37 Rusiya şirkətinin yaxın vaxtlarda Qazaxıstana gələ biləcəyini deyən Kudaybergenov bu prosesin ilin sonuna qədər başa çatdırılmasının planlaşdırıldığını bildirib.

Keçən ilin avqustunda Qazaxıstanın o zamankı baş naziri Əlihan Smailov 35 böyük şirkətin, o cümlədən “Polymetal”, “Ural Motorcycles” və “RIVAL”ın fəaliyyətini Rusiyadan Qazaxıstana köçürdüyünü açıqlamışdı.