10 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

13:19 18.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 10 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də K.Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən O.Abbasov və əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıblar.

Onların ətraflında aparılan tədbirlərlə Sabunçu və Binəqədi rayonu ərazisindəki iki mağazadan ümumilikdə  60 manat pul, 7500 manat dəyərində spirtli içki, tütün məmulatı, danışıq kartları, Səbail rayonu ərazisində “KİA” markalı avtomobildən cibində 2000 manat pul olan gödəkcə oğurlamaları, habelə Binəqədi rayonu ərazisindəki ofislərin birindən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.