10 ölkədən olan səyyahlar Kəlbəcərə yollandı

10:10 17.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

10 ölkədən olan səyyah və blogerlərin Kəlbəcərə səfəri başlayıb.

 

Hafta.az xəbər verir ki, səfərdə Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 nəfər iştirak edir.

 

Onlar Kəlbəcərlə yanaşı Laçın dəhlizinə, daha sonra Qubadlı rayonuna baş çəkəcəklər. Sabah isə Zəngilan hava limanı və Ağalı kəndinə səfər nəzərdə tutulub.