Yazını böyüt
Yazını kiçilt
Bu il 116 550 nəfər şagird 11-ci sinfi bitirir.
Hafta.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur. Onlardan: 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdlərdir.
Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.