110 miqrant xilas edildi

08:18 03.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mavritaniyanın Sahil Mühafizəsi Qüvvələri Nuakşot sahilləri yaxınlığında batma təhlükəsi ilə üzləşən qayıqdan 110 qanunsuz miqrantı təxliyə edib.

Hafta.az xəbər verir ki, bu barədə Mavritaniyanın Sahil Mühafizəsi Qüvvələrinin yaydığı bəyanatda bildirilib. Məlumata görə, miqrantları daşıyan qayıq Qambiyanın paytaxtı Bancul şəhərindən yola çıxıb. Qeyd olunur ki, qayığın mühərriki sahildən təxminən səkkiz dəniz mili məsafədə əlverişsiz hava şəraitində sıradan çıxıb. Nəticədə qayığın kapitanı təcili yardım çağırışı edib.

Xilas edilən şəxslər arasında 80 Mali, 12 Seneqal, 10 Qambiya, 4 Mavritaniya, 3 Kot-d’İvuar və bir Nigeriya vətəndaşı olub.

Sahil Mühafizəsi Qüvvələri bildirib ki, xilas olunan bütün miqrantlarla bağlı qüvvədə olan hüquqi və humanitar prosedurlara uyğun tədbirlər görülüb.