116 minə yaxın məzun üçün “Son zəng”

18:46 02.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 2025-2026-cı tədris ilində 116 minə yaxın şagird XI sinfi bitirəcək.

Hafta.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son Zəng" tədbiri iyunun 14-nə düşsə də, bu il sözügedən tarix qeyri-iş gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçiriləcək.