Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibətilə Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasında tədbir keçirildi. Əvvəlcə Ulu Öndər birdəqiqəlik sükula yad edildi. Tədbiri 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov açaraq bildirdi ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir: “Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır”.
Suraxanı RİH başçısının ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu barədə ətraflı məlumat verdi. Bildirdi ki, tarixdə elə insanlar var, onların əzəmətini heç bir sözlə ifadə etmək mümkün deyil. Heydər Əliyev də belə insanlardandır: “Biz Heydər Əliyevi ulu öndər, müdrik insan, dahi şəxsiyyət adlandırırıq. Amma etiraf edək ki, bunlar onun milli təfəkkürümüzdə əbədilik qazanan statusunun yalnız bir hissəsini ifadə edir. Heydər Əliyev Azərbaycan milli varlığının ümumi çevrəsinin ən yüksək möqtəsini təşkil edən zirvədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi çəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Onun fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan Dövləti qurulmuş, ölkəmiz dünya məkanında layiqli yeri tutmuşdir. Hələ 1969-cu ildə Azərbaycan KP MK birinci katibi seçilmiş Heydər Əliyev qısa zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Xatırladaq ki, Azərbaycanın bügünkü dövlət müstəqilliyinin təməl prinsiplərinin işlənib-hazırlanması 1969-cu ildə ulu öndərin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyasının əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının respublikanın gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Onun gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmış, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olmuşdur. Dahi siyasət korifeyinin
həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişikliklər aparmış, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olmuş, yeni sənaye sahələri yaradımış, istehsalla bilavasitə bağlı olan elimi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmiş, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnmiş və istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşmışdır. 1993-cü ilin iyun günlərində xalqın təkidi və tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəalakətindən xilas etdi. Onun müdrikliyi sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi. Müstəqil dövlətimizə rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı. Müstəqillik yolunda inamla addımlayan Azərbaycan dünyada baş verən demokratikləşmə prosesinin inkişafına çevrildi. Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlərin məkanı kimi tanınan Azərbaycanın bu günkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasi kursu yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır”.
Xəstəxananın həkimləri İradə Kərimova, Asif Ağaquliyev, 24 saylı Şəhər Poliklinikasının baş həkimi Hacıağa Bağırov ulu öndərin böyük şəxsiyyətindən, hərtərəfli dünyagörüşə, ensiklopedik biliyə malik olmasından söz açdılar: “Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildi. 1993-cü il iyunun 15-də xalqın çağırışı ilə Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etdi. Xalqımızı qardaş qırğınından qurtardı, Azərbaycanın iqtisadiyyatını gücləndirərək dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxardı. Ölkə başçısı İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Azərbaycanın siyasi, Iqtisadi və hərbi qüdrəti artmış, ölkəmiz Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmişdir. Xalqımız sülh, əmin-amanlıq dövründə yaşayır. Biz həkimlərin də borcu xalqımızın sağlamlığı keşiyində durmaq və onlara tibbi xidmət göstərməkdir”.