120 min israilli qaçqın düşdü - İsrail mediası

15:36 23.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Yaraqlılar İsrailin dinc şəhərlərinə hücum edir, ordumuz isə Qəzza zolağında quru əməliyyatına hazırlaşır. İsrail artıq 17-ci gündür ki, ölkəmizin ərazisinə soxulan və dinc sakinləri qətlə yetirən “HƏMAS” terrorçuları ilə mübarizə aparmağa məcburdur”.

Hafta.az xəbər verir ki, bu haqda İsrailin “Cursorinfo” nəşri məlumat yayıb.

Yaraqlılar hər gün yaşayış binalarına raket zərbələri endirir və bu hücumlar artıq minlərlə israillinin ölümünə səbəb olub. Bu arada İsrail Müdafiə Ordusunun hərbçiləri Qəzza zolağında terrorçuların hədəflərinə hücum edərək dövlətimizi düşməndən qoruyur”- xəbərin davamında belə deyilir.

İsrail nəşri əlavə edir ki,  son savaş nəticəsində 120 mindən çox israilli şimaldan və cənubdan təxliyə edilərək daxili məcburi köçkün vəziyyətinə düşüb. Ölkənin cənubunun bərpası üçün dövlət 1 milyard şekel(təxm. 245 milyon 940 min ABŞ dolları-S.L.) ayırıb.