132 nəfər COVID-19-a yoluxub

18:04 29.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 812 248 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 798 867 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 576 nəfərdir.

Ölkədə son sutka ərzində 1 841 , hazırkı dövrədək isə 7 147 186 test aparılıb.