14 yaşlı qız özünü asdı

23:49 14.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda intihar hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Cəlilabad şəhərinin S.Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Şəlalə Aqşin qızı Əmirova yaşadığı evdə özünü asaraq canına qəsd edib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.