143 nəfər toya buraxılmadı

12:39 19.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 163 toy şənliyinin monitorinqini həyata keçirib.

 

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

 

- 143 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.