Amerikalı yazıçı Alice Seboldu zorlamaqda təqsirli bilinən Antoni J.Broadvater 16 il haqsız yerə həbsdə yatdığı üçün Nyu-York ştatından 5,5 milyon dollar təzminat qazanıb.
Hafta.az-ın "New York Times"a istinadən yazdığına görə, verdiyi açıqlamada Broadvater Nyu-Yorkun baş prokuroru Letitia Ceyms və onun vəkilləri Melissa Svartz və David Hammonda keçdiyi çətin prosesə görə "Bütün həyatımız bir şəkildə qarışıb" deyərək təşəkkür edib.
Hazırda 62 yaşı olan qaradərili Broadvater 1981-ci ilin mayında Onondaqa bölgəsindəki Sirakuz Universitetində təhsil alan 18 yaşlı Seboldu zorlamaqda ittiham olunurdu. Sebold polis sorğusu zamanı təcavüzkarını təsvir edib, Broadvater və digər şübhəlilər beş ay sonra saxlanılıb. Lakin Sebold polis bölməsində təcavüzkarı tanıyanda Broadvater əvəzinə başqasını seçib.
1999-cu ildə nəşr olunan "Uğurlu" kitabında yaşadıqlarını izah edən Sebold, sözügedən iki şəxsin bir-birinə çox bənzədiyini, lakin sonradan səhv etdiyini anlayaraq onu məhkəmədə düzəltdiyini yazıb. Sebold iddia edib ki, məhkəmədə şahid kimi çıxış edən Broadvater ona hücum edən şəxs olub.
O zaman 20 yaşında olan Broadvater bütün proses boyu ittihamları rədd edib.
Seboldun ifadəsi və mikroskopik saç analizi üçün dəlillərin araşdırılmasından sonra Broadvater 1982-ci ildə həbs edilib. Daha sonra o, 1998-ci ildə, Ədliyyə Departamenti analizin etibarlı üsul olmadığını bəyan etdikdən və Broadvaterın vəkillərinin etirazından sonra azadlığa buraxılsa da, ona qarşı ittiham götürülməyib.
Adı təcavüzdə hallandığına görə uzun müddət ərzində iş tapmaqda və sosial dolanışığını təmin etməkdə çətinlik çəkən Broadvater, vəkilləri Svartz və Hammond vasitəsilə Nyu-York ştat ədliyyəsini məhkəməyə verib. Ona qarşı ittihamlar da 2021-ci ilin noyabrında götürülüb. Bundan sonra Sebold Broadvaterdən üzr istəyən bir bəyanat verib.
Broadvater həmçinin Syracuse City və Onondaga County-yə qarşı iddia qaldırıb və bununla bağlı hüquqi proseslər davam edir.
59 yaşlı Sebold təzminat qərarından sonra verdiyi açıqlamada deyib ki, Broadvaterın məruz qaldığı haqsızlığı heç bir məbləğ aradan qaldıra bilməz. Amma qərar ən azı bu haqsızlıqların rəsmi etirafı deməkdir.
Amerikalı yazıçının 2002-ci ildə işıq üzü görən "Lovely Bones" kitabı əsasında 2009-cu ildə məşhur rejissor Piter Cekson tərəfindən "Cənnətimdən baxarkən" adlı film çəkilib.