19 yaşlı gənc dəm qazından zəhərlənib

21:27 02.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, 2006-cı il təvəllüdlü A.Ağayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, gənc oğlan yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.