19 yaşlı oğlan insultdan öldü - FOTO

11:32 20.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda gənc oğlan qəfil vəfat edib.

Hafta.az xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib.

2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib.

Yaxınları onun insult keçirdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo/