2 aylıq körpə xəstəxanada öldü

09:38 03.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçayda 2 aylıq uşaq xəstəxanada vəfat edib.

Hafta.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Göyçay şəhər sakini 2025-ci il təvəllüdlü Cəfər Nobatov martın 1-də kəskin pnevmoniya diaqnozu ilə xəstəxanaya daxil olub.

Tibbi yardıma baxmayaraq, o vəfat edib.

Faktla bağlı araşdırma aparılır.