2023-cü il ən xoşbəxt və ən uğurlu il olacaq - Lukaşenko

19:13 26.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Belarus prezidenti Aleksandr Lukaşenko MDB ölkələri liderlərinin Sankt-Peterburqun mərkəzində yerləşən Boris Yeltsin adına Prezident Kitabxanasında keçiriləcək qeyri-rəsmi görüşünə gəlib. Bu barədə Belarusun “BelTA” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, MDB dövlət başçılarının qeyri-rəsmi görüşünə gəldikdən sonra Lukaşenko 2023-cü ilin necə olacağı ilə bağlı sualı cavablandırıb.

“Ən xoşbəxt, ən uğurlu. Narahat olmayın, yaxşı olacaq”, - Belarus prezidenti deyib.