Yazını böyüt
Yazını kiçilt
Ukrayna prezidenti Vladimir Zelenski həmvətənlərinə müraciətində deyib ki, qarşıdan gələn 2023-cü il Rusiya ilə münaqişədə həlledici il olmalıdır.
Dövlət başçısının saytında dərc olunan müraciətin mətninə əsasən, hazırda qışda döyüş meydanında yarana biləcək risklər məlumdur, yaz mövsümü üçün tədbirlər planları var.
Zelenski həmçinin qeyd edib ki, qarşıdan gələn ildə Ukrayna vətəndaşları “milli məqsədlər, yəni Ukraynanın bərpası, ukraynalıların evlərinə qayıtması, dövlətin əsas tərəfdaşlarla yaxınlaşması, yeni imkanların açılması haqqında ümumi anlaşmanı saxlamalıdırlar”.