Yazını böyüt
Yazını kiçilt
Bu ilin səkkiz aylıq dövrünü əhatən edən və 38 ölkə arasında aparılan araşdırmalar nəticəsində dünyanın ən işgüzar ölkələri müəyyən edilib.
Hafta.az-ın yazdığına görə, “Global manufacturing output” tərəfindən aparılan araşdırmada Çin 28,7 faiz bal toplayaraq birinci yerdə qərarlaşıb. İkinci yeri 16,8 faizlə ABŞ, üçüncü yeri isə 7,5 faizlə Yaponiya tutub.
Araşdırmanın nəticələrinə əsasən siyahıda ilk beşliyi müvafiq olaraq 5,3 faizlə Almaniya və 3,1 faizlə Hindistan tamamlayır.
Ümumiyyətlə, ilk onluqda siyahı belə davam edir: 6. Cənubi Koreya – 3 faiz, 7. İtaliya - 2,1 faiz, 8. Fransa - 1,9 faiz, 9. Böyük Britaniya - 1,8 faiz və 10. İndoneziya - 1,6 faiz.
Qardaş ölkə Türkiyə bu siyahıda cəmi 1 faizlik balla 11-ci pilləni tutub.