2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı TƏSDİQ EDİLDİ

12:03 05.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Hafta.az-ın məlumatına görə, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilir.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

 
Oxunma sayı 73
Siyasət rubrikasından digər xəbərlər