ABŞ-ın Qeyri-kommersiya Jurnalistləri Müdafiə Komitəsinin dərc etdiyi hesabatda bildirilib ki, 2024-cü ilin əvvəlindən bu günədək əvvəlki illərlə müqayisədə record sayda media nümayəndəsi qətlə yetirilib. Komitənin məlumatına əsasən ən azı 124 jurnalist və digər media işçisi öldürülüb ki, onların da təxminən üçdə biri İsrailin Qəzzada müharibəsi zamanı həlak olub.
Hafta.az-ın DPA-ya istinadən yazdığına görə, komitə öz hesabatında “Münaqişələrin jurnalistikaya təsiri İsrail-Qəzza müharibəsində 2024-cü ildə 85, 2023-cü ildə isə 78 olmaqla, misli görünməmiş sayda jurnalist və media işçilərinin öldürülməsi ilə aydın görünür”.
Komitə qeyd edib ki, son beş ildə istər siyasi, istər cinayət, istərsə də hərbi müstəvidə qlobal münaqişələrin sayı iki dəfə artıb.
“2024-cü ildə baş vermiş bütün qətllər müxbirlərin və media işçilərinin üzləşdiyi risklərin artdığını və bunun qlobal informasiya axını üçün yaratdığı təhlükəni göstərir”, - deyə hesabatda bildirilir.
Qəzza zolağından və Livandan kənarda 16 ölkədə 39 jurnalist və media işçisinin öldürüldüyü sənədləşdirilib. Ölənlərin sayına görə Sudan, Pakistan, Meksika, Suriya, Myanma, İraq, Haiti və Pakistan ən çox önə çıxan ölkələr olub.
Bu, komitənin otuz ildən çox əvvəl məlumat toplamağa başlamasından bəri qeydə alınan ən yüksək rəqəmdir. Əvvəlki rekord İraq müharibəsi zamanı qeydə alınıb, 2007-ci ildə 113 jurnalist öldürülüb.
“Jurnalistləri öldürənlər məsuliyyətə cəlb edilməsə, mətbuat üçün ölümcül şərait daha da pisləşə bilər”, - komitə bildirib. "Daha az jurnalist həqiqəti axtaran vətəndaşlar üçün daha az məlumat deməkdir" deyə xəbərdarlıq edib.