2024-cü ilin ilk altı ayında ixrac artıb, idxal azalıb

09:36 01.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi xarici ticarət məlumatlarını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, 2024-cü ilin iyun ayında əvvəlki ilin eyni ayına görə ixrac 8,3 faiz azalaraq 19 milyard 49 milyon dollar, idxal isə 4,4 faiz azalaraq 24 milyard 920 milyon dollar oldu.

2024-cü ilin yanvar-iyun dövründə ixrac əvvəlki ilin eyni dövrünə görə 2,6 faiz artaraq 126 milyard 278 milyon dollara, idxal isə 8,4 azalaraq 168 milyard 869 milyon dollara enib.

Yanvar-iyun dövründə xarici ticarət kəsiri 30,5 faiz azalaraq 61 milyard 325 milyon dollardan 42 milyard 591 milyon dollara düşüb. 2023-cü ilin yanvar-iyun dövründə ixrac-idxalın əhatə dairəsi 66,8 faiz olduğu halda, 2024-cü ilin eyni dövründə 74,8 faizə yüksəlib.

İyun ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına görə 10,8 artaraq 5 milyard 298 milyon dollardan 5 milyard 871 milyon dollara yüksəldi. 2023-cü ilin iyun ayında ixrac-idxalın əhatə dairəsi yüzdə 79,7 ikən, keçən ay 76,4 faizə düşüb.