2024 Dayanıqlı İnkişaf Məqsədləri Hesabatı açıqlandı

09:15 01.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qlobal vəziyyəti göstərmək üçün hazırlanan 2024 Dayanıqlı İnkişaf Məqsədləri Hesabatı açıqlanıb.

Hafta.az-ın yazdığına görə, məlum olub ki, davamlı inkişaf hədəfinə yalnız 17 faiz əməl olunub.

Hesabata əsasən mənfi göstəricilər bunlardır:

- Ölkələrin 60 faizi ərzaq qiymətlərinin yüksəkliyindən əziyyət çəkir;

- Ölkələrin 55 faizində qadınlara qarşı ayrı-seçkilik etməyən qanunlar yoxdur;

- Ölkələrin 60 faizi borc problemi ilə üzləşib;

- 2023-cü il üçün qlobal işsizlik səviyyəsi yüksək olaraq qalır.

Müsbət göstəricilər də var:

- Bərpa olunan enerjidən elektrik enerjisi istehsalında illik 8,1 faiz artıma nail olunub;

- Təhsildə cinslər arasında bərabərliyin faizi yüksəlib;

- Qlobal miqyasda internetə çıxış artıb.