2025-ci ildən etibarən dünyada hərbi potensialı ilə seçilən ölkələr təkcə hava və dəniz gücü ilə deyil, quru qüvvələrinin onurğa sütunu olan tank donanması ilə də diqqət çəkəcək. Tanklar müasir döyüş meydanlarında hələ də öz strateji əhəmiyyətini saxlayırlar. Çin, Rusiya və ABŞ kimi qlobal güclər həm kəmiyyət, həm də texnoloji üstünlük baxımından zirvədədir. Türkiyə, Cənubi Koreya və sair kimi regional güclər həm yerli istehsal etdikləri tank layihələri, həm də aktiv tank parkları ilə diqqət çəkir.
Hafta.az 2025-ci ilə qədər ən çox tanka malik 20 ölkənin siyahısını təqdim edir. Burada eyni zamanda, tankların sayı ilə yanaşı həm də tank ordusunun onurğa sütununu təşkil edən və ya edəcək markanı da qeyd edirik.
Ən böyük tank ordusuna malik 20 ölkə bunlardır:
1. Çində 6800 tank (Tip 99), 2. Rusiyada 5750 tank (T-14 Armata), 3. ABŞ-da 4640 tank (M1A2 Abrams), 4. Şimali Koreyada 3344 tank (Çonma-2), 5. Hindistanda 4201 tank (Arjun3), 6. Misirdə 3620 tank (Ramses II), 7. Pakistanda 2627 tank (Hayder), 8. Türkiyədə 2238 tank (Altay – rəmzi məna daşıyır – V.T.), 9. Cənubi Koreyada 2236 tank (K2 Qara Pantera), 10. İranda 1713 tank (Karrar), 11. Əlcəzairdə 1489 tank, 12. İordaniyada 1458 tank (Leclerc), 13. Vyetnamda 1374 tank (T-90), 14. Yunanıstanda 1344 tank (Leopard 2 HEL), 15. İsraildə 1300 tank (Merkava Mk4), 16. Ukraynada 1114 tank, 17. İraqda 1025 tank (T-72), 18. Mərakeşdə 903 tank (M1 Abrams), 19. Tayvanda 888 tank (C-11 Brave Tiger), 20. Səudiyyə Ərəbistanında 840 tank (M1A2 Abrams).
2025-ci ilə qədər Çin tank inventarına görə dünyada lider olacaq. Ukrayna müharibəsində Rusiyanın ciddi itkilər verdiyi bildirilir. Türkiyə yerli Altay tankları ilə ilk 10-luğa girərkən, İran, Pakistan və Cənubi Koreya kimi ölkələr də tank sayını artıraraq diqqət çəkir. İsrail kimi texnoloji cəhətdən inkişaf etmiş, lakin sayca daha məhdud ordular yüksək keyfiyyətli tank modellərinə sərmayə qoyurlar. Müasir müharibənin formalaşdığı bu dövrdə tanklar çəkindirici rol oynamağa davam edir. Ölkələrin tank donanması onların təkcə say üstünlüyünü deyil, həm də müdafiə sənayesindəki texnoloji tərəqqini əks etdirir.