21 nəfər saxlanılıb - DİN

10:21 24.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 23-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Hafta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 21, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Oxunma sayı 99