“27 sentyabr Gürcüstanın tarixində ən faciəli günlərdəndir” - İrakli Kobaxidze

10:53 27.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“27 sentyabr Gürcüstanın yaxın tarixinin ən faciəli günlərindən biridir”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin birliyi uğrunda döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə həsr olunmuş anım mərasimində bildirib.

“27 sentyabr Gürcüstanın ən yaxın tarixində ən faciəli günlərdəndir. Bu gün biz vətən və vahid Gürcüstan ideyası uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızı ehtiramla anacağıq. Bu qəhrəmanların arzusu birləşmiş Gürcüstan görmək idi və əminəm ki, bu mütləq gerçəkləşəcək”. – İrakli Kobaxidze deyib.

Baş nazir Qərbin müxalifətə simpatiyasına da toxunub. Bildirib ki, hamı müxalifətin yenilənmə resursunun olmadığını başa düşüb.

“Hamı gördü ki, müxalifətin yenilənmə resursu yoxdur. Yenə də köhnə, ötən onilliklərdən qalmış simalar, o cümlədən cinayətə qarışanlar, qan tökənlər – bunlar müxalifətin siyahılarıdır. Onların arasında Saakaşvili, Qvaramiya və başqaları var ki, qanlı işlərdə iştirak ediblər”, – baş nazir bildirib.