Yazını böyüt
Yazını kiçilt
Bu gün Bakıdakı 276 saylı tam orta məktəbdə OCEP layihəsi çərçivəsində Latviyaya həsr olunmuş tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Latviyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Viya Buşa və səfirliyin müşaviri Elmira Mirzəyeva, Elm və Təhsil Nazirliyi Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov, Bakı Şəhəri Təhsil Şöbəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nicat Allahverdiyev, Milli Olimpia Komitəsinin məsləhətçisi Səkinə Vəliyeva iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar məktəblə, eləcə də Latviyaya həsr olunmuş sərgi ilə tanış olublar, idmançı şagirdlərlə görüşüblər.

Daha sonra şagirdlərin iştirakı ilə hazırlanmış, Latviyaya həsr olunmuş kompozisiya təqdim olunub.

Sonda qonaqlar öz təəssüratlarını bölüşərək, iştirakçı şagirdlərlə xatirə şəkli çəkdiriblər.