30 yaşlı Aytən Kərimova teatrda 332 min manatlıq mənimsəmə edib

17:47 27.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova 332 min manat mənimsəməkdə təqsirləndirilir.

Hafta.az xəbər verir ki, A.Kərimova barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsilə cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.

Məhkəmədə zərərçəkmiş tərəf kimi Mədəniyyət Nazirlii müəyyən olunub.

Aytən Kərimov 27 min manat vəsaiti artıq geri ödəyib.

Xatırladaq ki, 30 yaşlı Aytən Kərimov 2020-2022-ci illərdə Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi vəzifəsində çalışıb.