35 min gənc üçün pulsuz Avropa turu başlayır

09:15 18.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Komissiyası “DiscoverEU” proqramı çərçivəsində aralarında Türkiyə vətəndaşlarının da olduğu 35 min gənc üçün qatarla pulsuz Avropa turu təşkil edəcək.

Hafta.az-ın BBC Türkce-yə istinadən yazdığına görə, müraciətlər nəticəsində turda iştirak etmək hüququ qazanan gənclər 1 iyul 2024-cü il - 30 sentyabr 2025-ci il tarixləri arasında 30 gün müddətində qatarla Avropanın bir çox şəhərlərinə pulsuz səyahət edə biləcəklər.

Gənclər getdikləri ölkələrdə ictimai nəqliyyat, mədəni tədbirlər, yaşayış, yemək, idman və digər sahələrdə 40 mindən çox endirim təqdim edən endirim kartına da sahib olacaqlar.

Pulsuz Avropa turuna kim müraciət edə bilər?

Dünən ödənişsiz Avropa qatar turu üçün müraciətlər başlayıb. Müraciət müddəti 30 aprel çərşənbə axşamı saat 13.00-da başa çatacaq.

Tur üçün 1 iyul 2005-ci il - 30 iyun 2006-cı il tarixləri arasında anadan olmuş Avropa İttifaqına üzv ölkələrin vətəndaşları, eyni zamanda Türkiyə, İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç və Serbiya kimi ittifaqa üzv olmayan ölkələrdən olan gənclər müraciət edə bilərlər.

Necə müraciət etməli?

Müraciətlər “Avropa Gənclər Portalı” vasitəsilə həyata keçiriləcək. Aİ ilə bağlı cəmi 6 sualdan ibarət testi cavablandıran gənclər müraciət etmək hüququ qazanacaq.

Gənclər təkbaşına səyahət edə və ya müraciət etmək hüququ olan dörd dostu ilə proqramda iştirak edə biləcəklər.

Testi düzgün cavablandıran gənclərdən 35 mini Avropaya pulsuz qatar səyahəti qazanacaq.

Avropa turunun iştirakçıları nələri görə biləcəklər?

Turda iştirak etmək hüququ olan gənclər bütün Aİ ölkələri də daxil olmaqla, istədikləri marşrutu seçə biləcəklər.

Arzu edənlər keçən il istifadəyə verilmiş Yeni Avropa Bauhaus prinsiplərinə uyğun olaraq, Aİ-ni gözəl və davamlı şəhər və bölgələri əhatə edən müxtəlif marşrutlar seçə biləcəklər.

Pulsuz tura həmçinin memarlıq, musiqi, təsviri incəsənət, teatr, moda və dizayn kimi müxtəlif mədəniyyət nöqtələrini birləşdirən DiscoverEu Mədəni Marşrutu və UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Avropa Mədəniyyət Paytaxtları daxildir.

Pulsuz turda iştirak edən sağlamlıq imkanları məhdud və ya sağlamlıq problemi olan gənclərə xüsusi dəstək göstəriləcək.

Aİ Komissiyasının 2018-ci ildə başlatdığı DiscoverEU proqramına 1 milyondan çox namizəd 284 min pulsuz səyahət kartı üçün müraciət edib.

Oxunma sayı 24