35 tona yaxın qida məhsulu məhv edilib

21:15 23.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstehsala yararsız 35 tona yaxın qida məhsulu məhv edilib.

Bu barədə hafta.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

“Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız ümumi çəkisi 34 788 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.