4 otaqlı evdə yanğın olub

17:16 11.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Əhmədabad kəndində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.