40 min immiqrant Rusiyadan deportasiya edildi

09:45 27.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Hesablama Məhkəməsinin üzvü Marqarita Lyanq bu il 40 minə yaxın əməkçi miqrantın "inzibati pozuntular" səbəbi ilə deportasiya edildiyini açıqlayıb. Lyanq bu əməliyyatlara 366 milyon rubl xərcləndiyini də bildirib.

Hafta.az-ın yazdığına görə, Lyanq əməkçi miqrantların öz ölkələrində yaşadıqları etnik münaqişələri Rusiyaya daşıdıqlarını və pozuntuların ümumiyyətlə bu xarakterdə olduğunu bildirir.

Hesablama Məhkəməsinin üzvü bəyan edib ki, bəzi mühacirlər Rusiya daxilində “aqressiv və sərt İslam ideyalarını” yaymağa çalışırlar.

Bu ilin ilk yarısında Rusiyaya əvvəlki ilə nisbətən 50 min daha az immiqrant gəldiyi öyrənilib.

Qaydar İnstitutu rəsmiləri 2023-cü ildə Rusiyaya uzunmüddətli qalmaq üçün gələn immiqrantların sayının 333 mindən 282 minə düşəcəyini bildirir.