50 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

18:38 25.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 654 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9 675 nəfər vəfat edib, aktiv xəstə sayı 451 nəfərdir.

Ölkədə son sutka ərzində 2 499, hazırkı dövrədək isə 6 679 287 test aparılıb.