52 yaşlı qadın dəm qazından zəhərlənib

09:39 25.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Hafta.az-ın apa-ya istinadən məlumatına görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Ziyafət Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 52 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.