60 gənc Qubada təşkil olunan düşərgədə iştirak edir

18:07 29.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, onları ordu sıralarında xidmətə hazırlamaq, mənəvi-psixoloji və hərbi-fiziki hazırlığını artırmaq, şanlı Zəfər tarixini təbliğ etmək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, nazirliyin dəstəyi ilə düşərgədə Naxçıvandan 60 gəncin iştirakı təmin olunub. Bununla yanaşı, nazirliyin 3 əməkdaşı gənclərlə birlikdə düşərgədə fəaliyyətlərin həyata keçirilməsində yaxından iştirak edir.

Düşərgə noyabrın 30-da yekunlaşacaq.