72 yaşlı qadının meyiti tapılıb

23:18 06.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə 72 yaşlı qadının meyiti tapılıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Cəfərova Bəsti İslam qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.