75 yaşlı qadını yük maşını vurdu

21:08 27.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şərurda 75 yaşlı qadını yük maşını vurub.

Hafta.az xəbər verir ki, hadisə rayonun Gümüşlü kəndində ba verib. 

Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi "Maz" markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.

75 yaşlı qadın hadisə nəticəsində dünyasını dəyişib.