83 yaşlı kişi evində yanaraq ÖLDÜ

11:11 11.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb.

Hafta.az-ın məlumatına görə, hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb.

Baş verən yanğın nəticəsində Şərur rayonu Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb.

İlkin məlumata görə, yanğın elektrik sobasındakı nasazlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.