875 reanimasiya yerindən 26 faizi doludur - TƏBİB

14:27 20.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda tibb personalı koronavirusa yoluxmuş vətəndaşların müalicəsi üçün əllərindən gələni edirlər.

Bu fikirləri hafta.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxışova bildirib:

“Tibb heyətimiz hərzamankı kimi koronavirusla mübarizəni uğurla davam etdirirlər.

Sizin sualınızın digər hissəsi ilə bağlı isə cənab Prezident jurnalistlərə verdiyi müsahibədə də ətraflı danışıb. Həmin hissəni diqqətinizə çatdırıram: Bütövlükdə hazırda 46 xəstəxanamız COVID xəstələrinin müalicəsi ilə məşğuldur.  Hazırda bir çox ölkədə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır. Bizdə isə vəziyyət müsbətdir, hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni 9 min çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var. Burada önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yerimiz var, onlardan 26 faizi doludur. Burada da kifayət qədər boş reanimasiya yerlərimiz var”.

Oxunma sayı 43