ABŞ-da doqquz yaşlı məktəbli qız çimərlikdə milyonlarla il yaşı olan qədim köpəkbalığının dişini tapıb, LADBible yazır. Qızın anası bildirib ki, qızı paleontologiyaya həvəs göstərir və bu tapıntı onun kolleksiyasında ən qiymətli tapıntıya çevrilib.
Qadının dediyinə görə, qızı Molli Milad bayramına atası ilə birlikdə Chesapeake körfəzinin sularında fosilləri axtarmaq üçün gedib. Orada çimərlikdə məktəbli qız təxminən 2,5 milyon il əvvəl yaşamış meqalodon köpəkbalığına aid diş tapıb.
“Ərim bütün həyatı boyu bu dişləri axtarırdı! Biz həmişə körfəzin yaxınlığında yaşamışıq "deyə qadın paylaşıb.
Amerikalı əlavə edib ki, Molli yeriməyi öyrəndiyi andan qazıntılara qarışmağa başlayıb. Məktəbli qız həddən artıq utancaqdır və diqqət mərkəzində olmağı sevmir, ona görə də atası ilə ekspedisiyaya çıxır.
"Mən əminəm ki, Molly bunun indiyə qədər keçirdiyi ən yaxşı Milad bayramı olduğunu düşünür" deyə anası əlavə edib.