Yazını böyüt
Yazını kiçilt
Zimbabvedə doqquz yaşlı məktəbli qızın hamiləliyi ilə bağlı ilk hadisə qeydə alınıb. Hafta.az-ın Cənubi Afrikanın SABC radiostansiyasına istinadən verdiyi məlumata görə, uşaq ilin sonuna qədər dünyaya gəlməlidir.
Qızın hamiləliyin 33-cü həftəsində Bulawayo xəstəxanasına aparıldığı qeyd edilir. Xəstəxananın baş meneceri vəzifəsini icra edən Harrison Rambanapasi, "Oxşar bir hadisənin olduğunu təsdiqləyə bilərəm" deyib.
Hökumət xidmətləri bu işin bütün təfərrüatlarını müəyyən etmək üçün araşdırmalara başlayıb. Atanın axtarışları davam edir.