ABŞ-da yaşayan 23 yaşlı Cloe Fields və onun sevgilisi, 24 yaşlı Kristian Zelada inanılmaz bir xilas hekayəsində baş rolları oynayıblar.
Cloe və onun sevgilisi Kristian San Gabriel dağ silsiləsi ilə meşə mənzərəli "Angeles Crest" yolu ilə maşın sürməyi sevirdilər, lakin onların son səfərində işlər gözlənilməz şəkildə getdi.
Avtomobil reklamlarında tez-tez fon kimi istifadə edilən dramatik dolama yolda səyahətlərini davam etdirən cütlük, israrla səs siqnalı verən başqa bir avtomobilə yer vermək üçün kənara çəkilməyə çalışıb. Lakin bu zaman onlar avtomobilin idarəetməsini itirərək uçuruma doğru sürükləndiklərini görüblər.
Kristian rəfiqəsini sakitləşdirmək üçün davamlı olaraq “yaxşı, eybi yoxdur” desə də, uçurumdan aşağı enərkən “sonumuz belə olacaq” deyə düşündüyünü öz-özünə etiraf edib.
Maşın 90 metr uçurumdan aşağı yuvarlandıqdan sonra başıaşağı Meymun Kanyonuna çırpılıb. Avtomobilin dəhşətli görüntüləri ortaya çıxsa da, cütlük möcüzə nəticəsində sağ qalıb.
Tərs çevrilmiş avtomobildə ilk şokdan sağ çıxan gənclər təhlükəsizlik kəmərlərini çıxararaq sürətlə çölə çıxıblar.
Bir-birinin halını yoxlayan cütlük yüngül xəsarətlər və əziklərdən başqa heç nə görməyincə rahat nəfəs alıblar. Ancaq onları başqa bir problem gözləyirdi.
Yay, günorta, 40 dərəcə isti idi. Onlar qəzaya uğramış avtomobilin içərisində cib telefonlarını axtarsalar da, tapa bilməyiblər.
Böyük ümidsizliklə ətrafı gözdən keçirən gənc cütlük yıxıldıqları yerdən 10 metr aralıda Klounun cib telefonunu tapsalar da, gözlədikləri kimi telefon xarab olub və heç bir siqnal olmayıb.
Klo sınmış telefonunu açmağa çalışarkən ekranda sürpriz mesaj peyda olub.
Onların kabusunu dəyişdirən bu mesaj Apple-ın toqquşma aşkarlama xüsusiyyətinin bir hissəsi idi.
Yol-nəqliyyat hadisəsini aşkarlayan telefon təcili xidmətlə əlaqə saxlayıb.
Telefon əhatə dairəsindən kənarda olsa belə, təcili xidmətlə əlaqə saxlamağa imkan verən proqram cütlüyə yer məlumatları və statuslarını səlahiyyətlilərə bildirməyə kömək edib. Yarım saatdan sonra xilasediciləri daşıyan helikopter gəlib və cütlüyü xilas edib.
Los-Anceles Təhlükəsizlik Xidməti cütlüyün xilas edildiyi görüntüləri yayıb.
Sosial mediada diqqət çəkən görüntülərdə cütlüyün kanyondan çıxarılaraq helikopterə aparıldığı anlar görünür və axtarış-xilasetmə qruplarından biri gənclərə səslənir: “Gülümsəyin, sağsınız. "